
Los-Anceles dairəsində yanğınlarla bağlı cinayətlərin araşdırılması və qarətçilərin məhkəmə təqibi ilə Birləşmiş Regional Xüsusi Qrup məşğul olacaq.
Bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Yeni qrup qarətçilik, yanğın törətmə, pilotsuz uçuş aparatlarının qanunsuz uçuşları və həm yanğın qurbanlarına, həm də ianə vermək istəyənlərə qarşı yönəlmiş maliyyə fırıldaqçılığı hallarının araşdırılmasına diqqət yetirəcək.