ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb. Barjın tikili ilə toqquşması Arkanzas çayının Oklahoma ştatından keçən hissəsində olub.
Bu barədə yerli polis patrul xidməti sosial şəbəkədə məlumat yayıb.
İnsident nəticəsində Salliso şəhərindən cənubda US-59 şosesində hərəkət tamamilə dayandırılıb, nəqliyyat digər istiqamətə yönləndirilib.
Oklahoma Nəqliyyat Departamenti bildirib ki, mühəndislər körpünün quruluşunu yoxladıqdan sonra hadisə baş vermiş ərazidə magistral yolda hərəkət yenidən açılıb.