
ABŞ-nin cənubunu bürüyən qar fırtınası nəticəsində ən azı 10 nəfər ölüb.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Fırtına avtomobil yollarının bağlanmasına, aviareyslərin ləğvinə, məktəblərin və dövlət müəssisələrinin bağlanmasına səbəb olub.
Məlumata görə, Luiziana, Alabama və Florida ştatlarında rekord miqdarda qar yağıb.