
Missisipi Universitetinin tibbi helikopterinin ABŞ-nin Missisipi ştatının Medison dairəsindəki meşədə qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.
Bu barədə “CBS 42” telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, universitetin tibb mərkəzinin nümayəndələrinin açıqlamasına görə, helikopterin göyərtəsində iki əməkdaş və bir pilot olub.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.