ABŞ Məxfi Xidməti İlon Maskın sosial şəbəkədə Prezident Cozef Bayden və vitse-prezident Kamala Harrisə təhdid kimi qiymətləndirilə bilən paylaşımı ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Niyə heç kim Baydeni və ya Harrisi öldürməyə belə cəhd etmir”, – İ.Mask keçmiş prezident və prezidentliyə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdindən sonra “X” sosial şəbəkəsindəki paylaşımlardan birinə şərh olaraq yazıb. İ.Maskın yazısı tez bir zamanda populyarlıq qazanaraq 700.000-dən çox baxış və 57.000 bəyənmə toplayıb”, – “Bloomberg” qeyd edib. Bildirilib ki, paylaşım dərc edildikdən qısa müddət sonra silinsə də, ABŞ Məxfi Xidmətinin diqqətindən yan keçməyib.

İstinadlar Report