2021-2023-cü illərdə ABŞ-yə hər il orta hesabla 2,4 milyon insan gəlib.

“2021-2023-cü illər arasında illik “xalis miqrasiya” – ölkədən gedənləri ölkəyə daxil olanların sayından çıxılmaqla orta hesabla 2,4 milyon nəfər olub”, – nəşr yazır.

Beləliklə, Prezident Cozef Bayden hakimiyyətdə olarkən, ölkəyə 8 milyondan çox insan gəlib. Qeyd olunur ki, bu müddət ərzində ABŞ-yə mühacirlərin gəlişi rekord həddə çatıb.

Bundan əlavə, statistikaya görə, 2021-ci ildən ölkəyə gələn miqrantların təxminən 60 %-i bunu qanuni icazə olmadan edib.

2023-cü ildə ABŞ əhalisinin 15,2 %-i xaricdə doğulmuş insanlar olub. Əvvəlki rekord 1890-cı ildə qeydə alınıb, o zaman əhalinin 14,8 %-i ABŞ-də doğulmayıb.

İstinadlar Report