ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.

Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunacaq xidmət iyunun 13-də baş tutacaq.

Qəbul çərçivəsində Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

ABŞ-də səyyar konsulluq xidməti Azərbaycan səfirliyi tərəfindən ölkənin müxtəlif şəhər və ştatlarında mütəmadi təşkil olunur.

İstinadlar Report