Kaliforniya sahillərində baş verən 7 maqnitudada zəlzələdən sonra ABŞ-də sunami xəbərdarlığı edilib.

Bu barədə Milli Okean və Atmosfer Tədqiqatı İdarəsi məlumat yayıb.

Xəbərdarlıq Kaliforniya və Oreqon ştatlarının sahil zolağının bəzi hissələri üçün qüvvədədir.

23:24

ABŞ-də 7 maqnitudada zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

İstinadlar Report