ABŞ-də güclü fırtınalar azı 22 nəfərin, o cümlədən 4 uşağın həyatına son qoyub, zərərçəkənlərin sayı yüzlərlədir.

Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarında tufan və tornadoların bir çox yaşayış, ictimai binalara ziyan vurduğu, böyük dağıntılara səbəb olduğu bildirilir.

Məlumata görə, 13 ştatda təxminən 600 min sakin elektrik enerjisiz qalıb. Bəzi ərazilərdə elektrik enerjisinin bərpası bir neçə gün çəkə bilər.

İstinadlar Report