“Danimarkada “Avropanın müdafiəsi” şüarı altında ABŞ-Avropa hərbi təlimi başlayıb”.

Bu barədə Danimarkanın müdafiə naziri Morten Bedskov bildirib.

“Borkxolma gələnlər var. Bu, NATO-nun Danimarka, Skandinaviya və Baltikdən olan üzvləri arasında həmrəylik və əməkdaşlıqdır”, – nazir tviter səhifəsində yazıb.

Məlumata görə, təlimdə “HİMARS” reaktiv yaylım atəş sistemi, Danimarkanın iki “F-16” qırıcısı, “Niels Juel” freqatı və Danimarka kral qvardiyasının 300 hərbçisi iştirak edir.

İstinadlar Report