Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dakı hər iki filialını bağlayır, həmçinin rusiyalı diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edir.

Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Hər gün bizə qarşı hücumlar edilir və bu gün, cəmi bir saat əvvəl, amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər. İndi də Rusiya diplomatlarının və konsullarının çiyninə əlavə yük düşür. Və dərhal demək istəyirəm ki, biz işləməyə davam edəcəyik. Biz soydaşlarımızı tərk etməyəcəyik.

Biz onlara lazımi hüquqi və konsulluq dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik. Vergidən azad olma kartlarımızı da əlimizdən aldılar. Bu kartlar istənilən ölkədə diplomatlara imtiyazlar verir, onlara yaşamağa və yerli xəzinəyə vergi ödəməyə imkan verir”, – Antonov vurğulayıb.

İstinadlar Report