ABŞ İraqda fəaliyyət göstərən “Harakat əl-Nucaba” qruplaşmasını terrorçu elan edib.

Bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Bildirilib ki, onun lideri Əkrəm Abbas əl-Kəbi terrorçu kimi tanınıb.

Departament vurğulayıb ki, bu qərar İranın təcrid edilməsinə və onun terrorçu qruplara yardım etməsinin qarşısını almaq üçün addımlardandır: “ABŞ gələcəkdə də İranın zərərli fəaliyyətinə cavab verərək İraqın suverenliyinə ziyan vurmaq cəhdlərinin qarşısını alacaq”.

Qeyd olunub ki, əl-Kəbi ABŞ hərbçilərinə qarşı silahlı müqavimət göstərilməsində iştirak edib. O, 2008-ci ildə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın “yaşıl zona”sına hücumun təşkilatçılarından sayılır.

2013-cü ildə “Harakat əl-Nucaba” özünü İraq hökumətinin müttəfiqi elan edib. Məlumata görə, qruplaşma, əslində, İran İnqilab Keşikçiləri Qvardiyasına və onun “əl-Qüds” qolunun komandanı Qasım Süeymaniyə tabedir.

İstinadlar Report