ABŞ-ın Texas ştatının San-Antonio şəhərində yük maşınında ölən miqrantların sayı 51 nəfərə çatıb.

Daha əvvəl sürücünün tərk etdiyi yük maşınında 46 nəfərin meyitinin tapıldığı bildirilirdi. Maşında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Onlardan bir neçəsi xəstəxanada ölüb.

Yük maşınında aşkarlananların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları bildirilir.

İstinadlar Report