ABŞ-ın Texas ştatının San Antonio şəhərində miqrantların olduğu yük maşınında 42 nəfərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, miqrant olduğu bildirilən 42 nəfər sürücünün tərk etdiyi yük maşınında ölü tapılıb.

Yük maşınında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

Maşında olanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.

İstinadlar Report