ABŞ-ın Corciya ştatının De-Kalb dairəsində yaşayış kompleksi partlayışdan sonra qismən uçub, bu səbəbdən bir neçə nəfər xəsarət alıb.

Çağırışla hadisə yerinə gələn polislər qaz qoxusunu qeydə alıblar. Asayiş keşikçiləri bundan sonra ev sakinlərinin təxliyəsinə başlayıblar.

Polisin sözlərinə görə, hadisə zamanı iki nəfər yanıq xəsarətləri alıb, təxminən bu sayda insan itkin düşüb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İstinadlar Report