ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində hüquq firmasının ofisinə silahlı insident baş verib, 3 nəfər ölüb.

Qeyd olunub ki, hadisə aprelin 8-də yerli vaxtla təxminən saat 10:00-da (Bakı vaxtı ilə 21:00) baş verib. Belə ki, hadisə yerində ofisə silahlı hücum edən şəxsdən başqa, bir kişi və bir qadının cansız bədəni aşkarlanıb.

Dərhal hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları ofisin yerləşdiyi binadan insanları təxliyə ediblər. Polis ictimaiyyət üçün əlavə təhlükə olmadığını söyləyib.

İstinadlar Report