
ABŞ Prezidenti Cozef Bayden və Danimarkanın baş naziri Mette Frederiksen iyunun 5-də Ağ Evdə keçiriləcək görüşdə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin pilotlarının dördüncü nəsil qırıcıların, o cümlədən F-16-ların istifadəsi üçün təlimini müzakirə edəcəklər.
Bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, Bayden və Frederiksen Ukraynaya sarsılmaz dəstəyi müzakirə edəcəklər:
“İnanıram ki, F-16 da daxil olmaqla, dördüncü nəsil qırıcıların istifadəsi üçün ukraynalı pilotların hazırlanması üzrə birgə səylərimiz söhbətin mövzularından biri olacaq.