Amerikanın Florida ştatında yerləşən ticarət mərkəzində kütləvi dava zamanı 18 nəfər xəsarət alıb.

Polis food court mərkəzdə atışma barədə məlumat alıb, lakin hadisə yerinə gəldikdən sonra atışma deyil, kişi və qadın arasında dava olduğunu öyrənib.

Hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib. Davanın ehtimal edilən səbəbkarları saxlanılıb, onlara qarşı ictimai asayişi pozma və xəsarət yetirmə üzrə ittiham irəli sürüləcək.

İstinadlar Report