ABŞ-ın Kolorado ştatının Blumfild şəhərində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
“Bugünkü təyyarə qəzasının iki qurbanı olub. Yoldan ötənlər və evlərə ziyan dəyməyib”, – qurumdan bildirilib.
Hadisənin səbəbi hələ məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.