ABŞ-ın Florida ştatında mağaza soyğunçuluğuna cəhddə, avtomobil oğurluğunda və girov götürülməsində şübhəli bilinən iki nəfər polislə atışmada öldürülüb.

Iki kişi zərgərlik mağazasını soymağa çalışıb, bundan sonra UPS ekspress şirkətinin yük maşınını qaçırıblar. Onlar sürücünü girov götürüblər. Polis cinayətkarları təqib edərkən cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar.

Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. Girov götürülən şəxsin aqibəti barədə məlumat verilmir. İlkin məlumata görə, polis əməkdaşlarından heç kim zərər çəkməyib.

İstinadlar Report