Son yeddi gün ərzində (17-23 iyul) ABŞ ərazisində 915 silahlı insident baş verib. Nəticədə azı 430 nəfər həyatını itirib.

Bu barədə qeyri-kommersiya təşkilatı olan “Gun Violence Archive”in məlumatında deyilir.

Silahlı insdientlər zamanı 1007 nəfər güllə yarası alıb. Təşkilatın hesablamalarına görə, 2020-ci ildə ölkədə baş verən atışmalarda təxminən 43 min nəfər ölüb.

Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

İstinadlar Report