ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində yerləşən “Amazon” şirkətinin anbarında atışma nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Məlumatı CNN telekanalı yayıb.
Bildirilib ki, polis əməkdaşları “Amazon”un anbarında gecə saatlarında güllə yarası alan bir kişi və bir qadın aşkarlayıblar. Bir müddət sonra qadın ölüb, kişi isə xəstəxanaya yerləşdirilib.