ABŞ-ın Florida ştatında silsilə qətllər törədən cinayətkar, “Bobbi” ləqəbli Co Lonq edam edilib.

Bu barədə “NBC News” məlumat yayıb.

Qeyd edilir ki, o, 1984-cü ildə 8 qadını qətlə yetirdiyini etiraf edib. Co Lonq zəhərli maye ilə öldürülüb. 1

Məlumata görə, Lonq 1985-ci ildə 22 yaşlı Mişel Simmsi qətlə yetirdiyinə görə onun barəsində ölüm hökmü çıxarılıb. O, daha sonra daha 7 qadını öldürdüyünü etiraf edib.

Polis Lonqu onun növbəti dəfə qətlə yetirmək istədiyi 17 yaşlı Liza Makveyin qatilin pəncəsindən qaçdırdan sonra yaxalayıb.

İstinadlar Report