ABŞ-ın Texas ştatının San-Antonio şəhərindəki “Venture” musiqi salonunda ötən gün axşam keçirilən konsert zamanı silahlı insident baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb.

Bu barədə şəhər polisinin rəisi Uilyam Makmanus məlumat yayıb.

Bildirilib ki, salonda bir qrupla başqa bir şəxs arasında mübahisə zamanı həmin şəxs silahdan atəş açıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada keçinib.

Ölən və yaralananların həmin məkanın daimi müştərisi olduqları bildirilir.

Polis hadisəni törədən şəxsi axtarır.

İstinadlar Report