Respublikaçı tərəfdarların əksəriyyəti ABŞ prezidenti Cozef Baydenin 2020-ci il seçkilərində qeyri-qanuni qalib gəldiyinə inanır.

“CNN” bu barədə Respublikaçılar Partiyasının praymerizlərinin keçirildiyi Cənubi Karolina ştatında ilk exit-polların (seçki məntəqələrindən çıxışda sorğular) nəticələrinə əsasən məlumat verib.

Respondentlərin təxminən 65%-i Baydenin son prezident seçkilərində qeyri-qanuni qələbə qazanması ilə razılaşıb. Sorğuda iştirak edənlərin yalnız 32%-i hazırkı Amerika liderinin qanuni qələbəsinə əmin olduğunu bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və tərəfdarları 2020-ci ilin noyabr seçkilərindən sonra bəzi ştatlarda səslərin yenidən hesablanması tələbi ilə dəfələrlə məhkəməyə müraciət ediblər.