
İsti qış və qaz hasilatının artması fonunda ABŞ-da təbii qazın qiyməti təxminən 30 ilin ən aşağı səviyyəsinə düşüb.
Bu barədə “Financial Times” qəzeti yazıb.
Qeyd olunub ki, evlərin qızdırılması üçün enerji sərfiyyatının daha çox olduğu ABŞ ərazisində bu qış isti keçir. Paralel olaraq, ABŞ-da qaz hasilatı 2023-cü ilin dekabrında gündəlik 105 milyard kub fut (2,97 milyard kubmetr) ilə rekord həddə çatıb.