ABŞ-da 2020-ci ilin əvvəlində 25 yaşlı afro-amerikalı Əhməd Arberinin qətlində şübhəli bilinən 3 nəfərə ömürlük həbs cəzası verilə bilər.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Belə ki, Uilyam Brayan, Qreqori və Travis Makmaykllar qaradərilinin qətlində təqsirli bilinir.

Arberiyə ölümcül atəş açan keçmiş polis məmuru Travis Makmaykl 9 maddə üzrə təqsirli bilinib. Onun atası Qreqori isə afro-amerikalının təqibində iştirak edib. Brayan isə Arberinin ölümünü videoya çəkib.

Qeyd edək ki, Arberinin öldürülməsinin videosu internetdə yayıldıqdan sonra əyalət prokurorluğu işə başlayıb.

İstinadlar Report