ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərində mərkəzi yollarından birində “Minnesota Azərbaycan Assosiasiyası”nın (“Azerbaijani Association of Minnesota”) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qarabağda ədalət, Azərbaycanda sülhdür” yazılmış lövhələr yerləşdirilib.

Lövhələr şəhərin mərkəzində, gediş-gəliş yolu olmaqla, “Minneapolis−Saint Paul” beynəlxalq hava limanının önündə quraşdırılıb.

Lövhələrdə Azərbaycan bayrağı, xəritəsi, Qarabağ atları və xarı bülbül gülü təsvir olunub və “Qarabağda ədalət, Azərbaycanda sülhdür”, “Qaçqınlar evlərinə qayıdır” şüarı yazılıb.

Xatırladaq ki, artıq bir neçə aydır ABŞ-ın bir çox, böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!” bannerləri nümayiş etdirilir.

İstinadlar Report