ABŞ-da polis zorakılığı əleyhinə keçirilən aksiyanın iştirakçılarına hücum olub.

Bu barədə Minneapolis Polis Departmentinin tvitterdəki hesabında bildirilib.

Qeyd edilir ki, naməlum şəxs avtomobilini polis zorakılığına qarşı aksiya keçirən 40-50 nəfərlik qrupun üzərinə sürüb. Nəticədə azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri – orta yaşlı qadın xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan diğər 3 nəfərin müalicəsi davam edir, onların həyatı üçün hər hansı təhlikə yoxdur.

İstinadlar Report