ABŞ-da polis Konqresin binasına hücumunun iştirakçılarına dəstək olaraq paytaxt Vaşinqtonda dünən keçirilən aksiyanın dörd iştirakçısını saxlayıb.

Bu barədə paytaxtın hüquq-mühafizə orqanları sentyabrın 18-də tvitterdə bildirib.

Bu halda qeyd edilir ki, aksiyaçılardan polis bölməsinə çatdırılanlardan biri silah gəzdirməyə görə saxlanılıb.

“Camaat arasında kimsə kişidə tapançaya oxşar nəsə gördü. O, bu barədə polis zabitlərinə bildirib, onlar da öz növbəsində şübhəli şəxsi saxlayıblar”, – asayiş keşikçiləri qeyd ediblər.

İstinadlar Report