ABŞ-ın Kolduell şəhərində (Aydaho ştatı) naməlum şəxs pensiya yaşına çatmış insanlar üçün yaşayış kompleksində atəş açıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Zərərçəkənlər, o cümlədən bir polis xəstəxanaya yerləşdirilib. Polis həyati təhlükəsi olmayan xəsarət alıb, digər zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.

Polis atəş açan şəxsin ölü halda tapıldığını, təhlükəsizliklə bağlı heç bir problemin olmadığını vurğulayıb.

İstinadlar Report