
ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə atışma baş verib, çoxlu sayda insan tələfatı var.
Bu barədə şəhərin yanğın təhlükəsizliyi departamenti məlumat yayıb.
“Barton Hills bulvarındakı məktəbdə hələ zərərsizləşdirilməyən cinayətkarla bağlı tədbirlər görürük. Çoxlu sayda qurbanın olduğunu təsdiqləyə bilərik”, – məlumatda deyilir.