ABŞ-ın Tennesi ştatının Humboldt şəhərində orta məktəbdə atışma baş verib.

Bu barədə WPSD telekanalı məlumat yayıb.

Atışmada bir nəfər öldüyü, daha birinin xəsarət aldığı deyilir.

Hadisə basketbol turnirinin keçirilməli olduğu məktəbin idman zalının qarşısındakı dəhlizdə qeydə alınıb.

Şübhəli şəxs saxlanılıb, lakin ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

İstinadlar Report