
ABŞ Prezidenti Cozef Bayden Tennessi ştatında məktəbdə atışma zamanı 3-ü şagird olmaqla 6 insanın ölümü ilə əlaqədar martın 31-də Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqların yarıya endirilməsini əmr edib.
Müvafiq olaraq, ABŞ-ın bütün xarici ölkələrdəki səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələri də daxil olmaqla, bayraqlar eyni tarixə qədər yarıya qədər endiriləcək.
Qeyd edək ki, ötən gün ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl məktəb olan “The Covenant”a silahlı hücum nəticəsində 3-ü şagird olmaqla 6 nəfər həlak olub.