ABŞ tarixində ilk dəfə korrupsiyaya qarşı strategiya qəbul edilib.

Prezident Baydenin verdiyi müvafiq göstərişə uyğun olaraq qəbul edilən sənəddə bütövlükdə milli mənafeyə təhdid olaraq qəbul edilən korrupsiyanın beynəlxalq ölçülərinə də qarşı tədbirlərə xüsusi diqqət yetirilir.

Sənəddə ABŞ hökumətinin korrupsiyaya qarşı mübarizə addımları beş istiqamət üzrə təsnif olunur. Bunlar modernləşdirmə, əlaqələndirmə, mənbə təminatı, qanunsuz maliyyənin kanallarını kəsmək, korrupsiya aktorlarını məsuliyyətə cəlb etmək, çoxtərəfli anti-korrupsiya sistemini mühafizə edərək gücləndirmək, diplomatik əlaqələri və xarici yardım imkanlarını səfərbər etməkdən ibarətdir.

Həmçinin Milli Təhlükəsizlik Şurasının məsələyə dair açıqlamasında qeyd olunur ki, korrupsiya təhlükəsinin beynəlxalq miqyasına qarşı mübarizə tədbirlərinə xüsusi diqqət yetirildiyi yeni strategiyada həm də korrupsiya fəaliyyətindən əldə edilən vəsaitləri gizləmək və leqallaşdırmaq üçün yerli və xarici maliyyə sistemlərindən istifadə hallarının qarşısını almaq barədə ətraflı şəkildə bəhs olunur.

İstinadlar Report