Gələn həftə ABŞ Prezidenti Co Bayden Administrasiyası vətəndaşları 9000 dollaradək maliyyə dəstəyi ilə təmin edəcək cənazə yardımı proqramına başlayacaq.

Bu barədə “The Washington Post” məlumat verib.

Ödəniş “COVID-19″dan dünyasını dəyişən hər bir ABŞ vətəndaşının cənazəsi üçün ayrılacaq. Proqramda iştirak etmək üçün tmüvafiq sənədləri təqdim etmək və başqa bir proqram çərçivəsində oxşar müavinət almamaq tələb olunur.  

Proqramın bir neçə milyard dollar təşkil edə biləcəyi ehtimal olunur.

Təşəbbüs ölkədə koronavirus səbəbilə yaşanan böyük itkilərlə əlaqələndirilir. Belə ki, bu günə qədər 557 mindən çox ABŞ vətəndaşı koronavirusun qurbanı olub.

İstinadlar Qafqazinfo