Son sutka ərzində ABŞ-da 49 mindən çox yeni koronavirusa yoluxma halı aşkar edilib, 270-dən çox insan virusdan ölüb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetdən verilən məlumata görə, son 24 saat ərzində ABŞ-da 49 199 yoluxma hadisəsi qeydə alınıb, 271 COVID-19 xəstəsi isə ölüb. Qeyd olunub ki, ABŞ-da ümumilikdə 2 888 730 yoluxma hadisəsi aşkar edilib, 906 763 nəfər sağalıb, 129 947 nəfər ölüb.

İstinadlar Report