ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Nyu-York polisi məşhur Kolombo mafiya klanının rəhbəri Endryu Russonu həbs edib.

Bu barədə “Fox News” məlumat yayıb.

Mafiya başçısı ilə yanaşı, klanın daha 9 üzvü və onlarla əlaqəli olan 12 nəfər saxlanılıb. Onlar korrupsiya və fırıldaqçılıqda şübhəli bilinirlər.

Bu gün məhkəmədə saxlanılanlara qarşı ittiham irəli sürüləcək.

İstinadlar Report