ABŞ polisi Vaşinqtonun mərkəzində nəzarət-buraxılış məntəqəsindən saxta icazə sənədi ilə Kapitoliyə daxil olmaq istəyən şəxsi saxlayıb.

Məlumata görə, saxlanılan şəxsin üzərində tapança və döyüş sursatları aşkarlanıb. Qeyd edilir ki, söhbət Virciniya sakini Uesli Alan Bilerdən gedir. O, qapalı məkana daxil olmağa cəhd göstərib. Saxlanılan şəxsdə 500 patron aşkarlanıb.

İstinadlar Report