ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.

Bununla da MKİ-yə ilk dəfə qadın rəhbərlik edəcək.

Xatırladaq ki, daha əvvəl D.Tramp MKİ rəhbəri Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təyin edib.

Qeyd edilir ki, C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.

İstinadlar Report