
ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, Floridada 94 nəfərin və Şimali Karolinada 4 sakinin ölümü təsdiqlənib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, daha əvvəl qasırğa nəticəsində 87 nəfərin öldüyü bildirilirdi. Dördüncü kateqoriyalı “İen” qasırğasının Florida ştatına vurduğu zərərin aradan qaldırılması üçün illər tələb olunduğu bildirilir.