ABŞ-ın Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Fort-Uort şəhərinin yanğınsöndürmə idarəsinin tvitterdəki səhifəsində bildirilir.

Məlumata görə, hadisə Texas ştatında olub. Qeyd edilir ki, təyyarə yaşayış məntəqəsinə, evin üstünə düşüb. Qəza zamanı evdə olan iki nəfər (bəzi mənbələrə görə, üç nəfər-red) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

İstinadlar Report