ABŞ-da hər yüz nəfərə 120,5 silah düşür.

Bu statisktik rəqəmi CNN yayıb.

Bildirilib ki, ABŞ bu göstərici ilə dünyada birinci yerdə, Folklend adaları isə 100 nəfərə 62 silahla ikincidir. Üçüncü yerdə isə 7 ildir vətəndaş müharibəsi aparan Yəmən gəlir. Bu ölkədə hər 100 nəfərə 53 silah düşür.

Məlumata görə, Cənubi Koreya və Yaponiyada isə hər yüz nəfərə 0,2 silah düşdüyü məlum oub.

ABŞ dünyada mövcud olan 857 milyon mülki silahın təxminən 393 milyonuna sahibdir. Bu da bütün dünyadakı silahların 46 faizi deməkdir. ABŞ-da hər 100 min nəfərdən 4-ü silahlı atışma nəticəsində ölüb. Bu rəqəm inkişaf etmiş başqa ölkələrdə orta hesabla 18-dir. Bu ölkədə intiharların 44 faizi silahla baş verir. ABŞ dünya üzrə kütləvi silahlı hücuma məruz qalan yeganə ölkədir.

İstinadlar Report