ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri Qərbi Virciniya ştatının Loqan qraflığında qəzaya uğrayıb.

Bu barədə WBOY telekanalı məlumat yayıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Məlumata görə, yerli vaxtla saat 17:00 radələrində (23 iyun Bakı vaxtı ilə saat 01:00) helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə əraziyə cəlb edilib, magistral yol bağlanıb.

İstinadlar Report