ABŞ-ın San-Dieqo şəhəri (Kaliforniya ştatı) yaxınlığında onlarla insanın olduğu kiçik gəmi çevrilib.

Bu barədə San-Dieqonun Xilasetmə Xidməti bildirib.

Məlumata görə, qəza zamanı ölənlər var.

“San-Dieqonun Xilasetmə və Yanğınsöndürmə xidməti gəminin çevrildiyi yerə gəldi. Sudan 25 nəfər çıxarılıb. Təəssüf ki, 2 nəfər sağ qalmayıb, 23 nəfər yerli xəstəxanalara çatdırılıb”, – xilasedicilərin tvitterdəki xəbərində deyilir. Qeyd edilir ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

İstinadlar Report