Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının artması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri düşüb.

Şimal dənizində hasil olunan “Brent” markalı neftin dekabr fyuçersləri 1,31 % ucuzlaşaraq, 1 bareli 83,76 ABŞ dollarına satılıb. “WTI” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,38 % düşüb və 1 bareli 77,42 ABŞ dolları təşkil edib.

İstinadlar Report