ABŞ-da 18 yaşdan yuxarı sakinlərin 40,8 faizi, yəni 105,3 milyon nəfər COVID-19 virusuna qarşı tam şəkildə peyvənd olunub.

Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzlərinin (CDC) direktoru Roşel Valenski MSNBC-yə müsahibəsində deyib ki, həmçinin, 147 milyon sakinə (əhalinin 44,5 faizi) vaksinin bir dozası vurulub.

Qurum rəhbəri yaxın günlərdə Ərzaq və Dərman Administrasiyası (FDA) tərəfindən 12-15 yaşlarındakı yeniyetmələrin peyvəndlənməsi üçün “Pfizer” vaksininin tətbiqinə icazə verə biləcəyini də dilə gətirib.

Pandemiya dövründə ölkədə 32,5 milyon nəfərdən çoxu koronavirusa yoluxub. Bunların 578 mindən artığı dünyasını dəyişib.

İstinadlar Report