ABŞ-da “Aevum” şirkəti orbitə peyklər buraxa biləcək böyük ölçülü “Ravn X” pilotsuz uçuş aparatını təqdim edib. Bu barədə “New Atlas” xəbər verib.   

Pilotsuz uçan aparatın uzunluğu 24 metr, hündürlüyü 5,5 metrdir. Bir qanadın uzunluğu 18 metrə bərabərdir. Dron adi təyyarə yanacağından istifadə edir.

“Ravn X”in demək olar ki, istənilən hava şəraitində uça biləcəyi iddia olunur, dronun detallarının 70%-i dəfələrlə istifadə edilə bilər.

İstinadlar Qafqazinfo