ABŞ-ın Texas ştatının Hyuston şəhərində bazarda baş verən atışmada iki nəfər ölüb, üç nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Harris dairəsinin şerifi Ed Qonzales bildirib.

“Hazırda iki nəfərin hadisə yerində öldüyü barədə məlumatımız var, azı üç nəfər xəstəxanaya aparılıb”, o, tviterdə yazıb.

İlkin məlumata görə, atışma iki qrup arasında yaranan mübahisədən sonra baş verib. Hadisə yerindən iki tapança aşkar edilib.

İstinadlar Report