ABŞ-da koronavirusdan ölənlərin sayı pandemiya dövründə ikinci dəfə dörd min nəfər göstəricini keçərək 4 327-yə çatıb.

Bunu federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

ABŞ-da ilk dəfə bir gündə ölən koronavirus xəstələrinin sayı yanvarın 8-də dörd min həddini aşmışdı, o zaman 4 085 ölüm halı qeydə alınmışdı.

Son 24 saat ərzində həkimlər ABŞ-da 215 805 nəfərdə COVID-19 virusu aşkar ediblər.

İstinadlar Report